Bakıda kafedə xuliqanlıq edən şəxslər saxlınılıblar.
Bu barədə MilliYol.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetirib.
Xəsarət alan F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Suraxanı Rayon Polis idarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar.
E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.