Milli Məclisin buraxılması ilə bağlı Yeni Azərbaycan Partiyasından olan deputatların müraciətinə baxılacaq tarix açıqlanıb.
MilliYol.Az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.
Spiker qeyd edib ki, Milli Məclisin dekabrın 2-də xüsusi iclası keçiriləcək. Həmin iclasın gündəliyinə yalnız parlamentin buraxılması ilə bağlı məsələ salınıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.
Digər xəbərlər
loading...