Çeçenistanda toy mərasimləri zamanı bir çox şeylərə qadağalar tətbiq edilib. MilliYol.Az azadliq.org-a istinadən xəbər verir ki, qərarı oktyabrın 26-da ölkənin mədəniyyət nazirliyi qəbul edib.
Qroznı meriyasının mədəniyyət departamenti hələ ötən ilin oktyabrında toy mərasiminə bir sıra qadağalar tətbiq eləmişdi.
Söhbət, spirtli içkilər içməmək, toyda havaya atəş açmamaq, toya çeçen mentalitetinə yad paltarda gəlməmək, eyni vaxtda rəqs edən cütlüklərin halay vurmaması, böyüklərdən qabağa keçməmək, rəqs zamanı qıza çox yaxınlaşmamaq, qızları dəyişməmək, 3 dəfədən çox dövrə vurmaq, ailə quran cütlüklərin tort kəsməməsi, gəlinin rəqs eləməməsi və s. qadağalardan gedir.
Mədəniyyət nazirliyi bildirir ki, bu tədbirlər xalqının mədəniyyətinin qorunmasına xidmət edir. "Son illər Çeçenistanda qədim adət-ənənələr pozulur və bu toy mərasimindəki qaydalara da pis təsir göstərir. Çeçenistan adətləri bu gün Avropadan gələn yeni şeylərlə əvəz olunur, gənclər özlərini düz aparmır və bu böyüməkdə olan nəslin tərbiyəsinə pis təsir göstərir”, nazirliyin rəsmisi "Kavkaszkomu uzlu” portalına deyib.
Nazirlik toylara nəzarət üçün oktyabrın 26-da xüsusi işçi qrup yaradılması barədə qərar qəbul edib.
Bu qrup nazirliyin əməkdaşları və ağsaqqallardan ibarət olacaq.
İşçi qrup restoranlarda keçirilən toy mərasimləri, banket zalları və digər yerlərdə keçirilən tədbirləri izləyəcək.
Onların düzgün keçirilməyən toyu dayandırmaq hüququ da var. Bu, toyda sərxoş olmaq, gənclərin düzgün geyinməməsi, toya gələnlərin özlərini düzgün aparmaması, milli rəqs qaydalarının pozulması kimi hallarda baş verə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...