Dekabrın 23-də Azərbycanda keçiriləcək bələdiyyə seçkilərinə jurnalistlər arasından da namizədlər var.
MilliYol.Az xəbər verir ki, bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınan jurnalistlərdən biri də “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyevdir. O, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən Binəqədi qəsəbəsi Bələdiyyəsinin üzvlüyünə namizəddir.
“Namizədliyim Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən irəli sürülüb. Bildiyiniz kimi, hər bir namizəd ilkin mərhələdə bələdiyyə üzvü seçilməlidir. Mən də bələdiyyə üzvü seçilmək üçün mübarizə aparacağam. Artıq tələb olunan imzaları toplayıb Dairə Seçki Komissiyasına təqdim etmişəm, qeydiyyata da alınmışam. Bələdiyyə üzvü seçiləcəyim təqdirdə həm mediada, həm də vətəndaş cəmiyyətində fəaliyyətimi davam etdirəcəyəm”, - N.Niftiyev Modern.az-a deyib.