Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
MilliYol.Az xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
Prezident "Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" da sərəncam imzalayıb.
Sərəncamla Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
Dövlət başçısı həmçinin "Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Prezidentin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
İlham Əliyev “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.