Azərbaycan Dillər Universitetində (ADU) yeni kadr təyinatı olub.
MilliYol.Az xəbər verir ki, bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla müvafiq əmr imzalayıb.
Əmrə əsasən, professor Sevinc Zeynalova ali məktəbin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb. O, əvvəllər ADU-nun Elmi işlər üzrə prorektoru işləyib.
Qeyd edək ki, universitetin Tədris işləri üzrə əvvəlki prorektoru professor Əfqan Abdullayev olub. O, Təhsil Nazirliyinə təyinat alıb.
Bundan əvvəl sabiq Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə elmi işlər üzrə prorektor təyin edilib.
Digər xəbərlər
loading...