Qarabağ qazisinin nazirə müraciətində göstərilir ki, məktəbin hazırkı vəziyyəti və xarici görünüşü vətən uğrunda canından keçən şəhidin ruhuna qarşı hörmətsizlikdir.
Qarabağ qazısi Abduləli Babayev Təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlayıb. Surəti MilliYol-a daxil olan müraciətdə Qarabağ qazlsi silahdaşı, Azərbaycan bağrağı ordenli şəhid Elton Həbibovun adını daşıyan Neftçala 4 saylı məktəbin acınacaqlı halda olmasından narahatçılığını bildirir.
Qarabağ qazisinin müraciətində göstərilir ki, məktəbin hazırkı vəziyyəti və xarici görünüşü vətən uğrunda canından keçən şəhidin ruhuna da hörmətsizlikdir. Məktəin həyətinin böyük bir zibilliyə və antisanitar meydana çevrildiyini bildirən Abduləli Babayev həmçinin məktəbin həyətində yaranmış acınacaqlı vəziyyətin uşaqlar və ətraf mühit üçün təhlükəyə çevrildiyinə diqqət çəkir.
Müraciərdə qeyd olunur ki, məktəbin direktoru Şəfəq Balaşova yaranmış bu vəziyyətə görə birbaşa məsuliyyət daşıyır və Qarabağ qazisi olaraq Abduləli Babayev Neftçala 4 saylı məktəbin acınacaqlı vəziyyətini nazirin diqqətinə çatdırmağı özünə borc bilir. Həmçinin Abduləli Babayev Neftçala 4 saylı məktəbin direktoru Şəfəq Balaşovanı şagirdlərdən qanunsuz pul toplamaqda ittiham edir.
Qeyd edək ki, şəhid Elton Həbibovun adını daşıyan Neftçala 4 saylı məktəbin direktoru Şəfəq Balaşova haqqında zaman-zaman ölkə mətbuatında qalmaqllı iddialar səsləndirilib. Onlardan biri də xanım direktorun nazirin adından şagirdlərdən pul toplamasıdır. Təqribən 1 il əvvəl mətbuatda yayımlanan başqa bir məlumatda isə bildirilir ki, Şəfəq Balaşova icra başçısının müavini olmaq üçün şagirdlərdən pul toplayır və bununla əlaqədar olaraq onunla valideynlər arasında gərginlik yaşanır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
MilliYol.az