Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, insident Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.
Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib. Vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.
Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
Artıq teleaparıcı Xose Bernandonu bıçaqlayan şəxs tutulub. Pirallahı rayonu, Əzizbəyov küçəsində 1982-ci il R.Hüseynova döş qəfəsindən, qardaşı Xose Bernandoya qolundan bıçaq xəsarəti yetirən şəxsin 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov olması müəyyən edilib.
Pirallahi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.