Bakının Bayıl qəsəbəsində bir sıra yaşayış binaları söküləcək. Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən (İH) azeri.today-a bildiriblər.
Hazırda Qurban Abbasov 27 ünvanında yerləşən yaşayış binaları tamamilə sökülüb.
“Hazırda 8 binanın söküntüsünə hazırlaşırıq. Xanlar küçəsi 51, 16, 85, 57, 59; Q.Abbasov küçəsi 58, 62, 62A ünvanlarındakı binalar söküləcək”, – deyə İH-dən bildirilib.
Hazırda məznil sahiblərinin 2 il müddətinə kirayə mənzillərə köçürülməsi ilə bağlı danışıqlar gedir: “Sökülən binaların yerində çoxmərtəbəli yaşayış binaları tikiləcək. Həmin binalardan mənzili sökülənlərə yeni evlər veriləcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...