Prezident İlham Əliyev Dilarə Seyidzadənin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
MilliYol.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə "Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktorudur. O, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisin müavini-Prezidentin köməkçisi vəzifələrində çalışıb. 16 noyabr 1999-cu il tarixdən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini tutur. Sabah onun 80 yaşı tamam olur.