Milli Məclisin bugünkü plenar iclasında Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib.
MilliYol.Az xəbər verir ki, o, MSK-da parlamentdə heç bir siyasi partiyaya mənsub olmayan deputatları təmsil edəcək.
Qeyd edək ki, 1978-ci ildə Culfa rayonunun Xanağa kəndində anadan olan Rövzət Qasımov Azərbaycan Dillər Universiteti və Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının məzunudur. İngilis və rus dillərində bilir.
1998-ci ildən MSK-da çalışan Rövzət Qasımov Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-ci ildən isə MSK Katibliyinin müdiri işləyib.
Çoxsaylı beynəlxalq konfranslarda, eləcə də nüfuzlu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən seçkiləri qiymətləndirmə və müşahidə missiyalarında ölkəmizi təmsil edib. Beynəlxalq seçki eksperti və təlimçisidir.
Ailəlidir, 3 övladı var.