Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Çexiyada 68 evdən ibarət yaşayış kompleksi üzə çıxıb...
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, Çexiyanın Brno şəhərinin Holasice qəsəbəsində yerləşən kompleksin tikintisini Vəzir Həsənovun "HASAN&SONS" şirkəti həyata keçirib. Bu şirkət də Çexiyada fəaliyyət göstərir.
Məlumatda qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev də kompleksə şərikdir.u barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, Çexiyanın Brno şəhərinin Holasice qəsəbəsində yerləşən kompleksin tikintisini Vəzir Həsənovun "HASAN&SONS" şirkəti həyata keçirib. Bu şirkət də Çexiyada fəaliyyət göstərir.
Bundan başqa, Vəzir Həsənovun Çexiyada 34 mənzildən ibarət başqa yaşayış kompleksi və kompleksə aid 300 kvadratmetrlik restoranı və 800 kvadratmetrlik ticarət mərkəzi də var.(Yeni sabah)