Milli Məclis bu gün Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.
MilliYol.Az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir. Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.
Qeyd edək ki, Azərbaycanın hazırki Baş Naziri Novruz Məmmədovdur. O, 2018-ci il aprelin 21-dən bu postu tutur.
Digər xəbərlər
loading...