"Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının "Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikova məxsus restoranlar şəbəkəsi aşkarlanıb.
MilliYol.Az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli yazıb.
Əbülfəz Məlikov
O bildirib ki, PAPA JOHN’S restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəz Məlikovun oğlu Murad Məlikova məxsusdur: "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikov Azərbaycandakı ən iri restoranlar şəbəkəsindən birinə sahiblik edir. Söhbət Amerikanın ən böyük və dünyanın üçüncü məşhur pizza brendlərindən olan PAPA JOHN’S PİZZA-nın Azərbaycandakı şəbəkəsindən gedir".
Onun sözlərinə görə, Əbülfəz Məlikovun oğlu PAPA JOHN’S adı altında fəaliyyət lisenziyasını 2012-ci ildə əldə edib və indiyədək Bakı şəhərində bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki Kamran Əliyev adlı şəxsdir.
Murad Məlikov
Restoranlar Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu PJA Limited Azerbaijan şirkəti üzərindən idarə olunur. Həmin şəbəkə isə aşağıdakı ünvanlarda fəliyyət göstərir:
Nizami – Mirzağa Əliyev küç. 138
Sahil – Nizami küç. 106 A
Gənclik – Atatürk pr. 29
Əcəmi – Cavadxan küç. 15c
Park Bulvar – Neftçilər pr. 92
Əhmədli – Məhəmməd Hadi küç 106
Şüvəlan – Almaz Ildırımlı küçəsi 68
28 Mall – Azadliq prospekti 15A/4