• Xəbər lentİ
Fləş

Pensiya və maaşlar artacaq - BU TARİXDƏN

12:55 / 04.12.2019

Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)

15:36 / 06.12.2019

Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi

14:31 / 06.12.2019

Elşad Həsənov Milli Məclisdəki köməkçisinə vəzifə verdi

11:30 / 06.12.2019

Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

11:13 / 06.12.2019

Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək

10:21 / 06.12.2019

Prezident Şamaxıda səfərdədir (FOTO)

18:30 / 05.12.2019

Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)

16:39 / 05.12.2019

Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

16:26 / 05.12.2019

DİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"

13:44 / 05.12.2019

Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)

12:02 / 05.12.2019

“Erməni kilsəsi və TERROR” təqdim olunacaq

11:40 / 05.12.2019

Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu

11:10 / 05.12.2019

Mədət Quliyev generala vəzifə verdi

10:40 / 05.12.2019

Yeni icra başçısından təyinat (FOTO)  

10:38 / 05.12.2019

İlham Əliyev yeni icra başçılarını qəbul etdi (FOTO)

16:43 / 04.12.2019

Mehriban Əliyeva Xalq artistinin evində qonaq olub (FOTOLAR)

16:17 / 04.12.2019

Prezident icra başçısını işdən çıxardı: Yeni təyinatlar 

15:50 / 04.12.2019

Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar verdi  

13:53 / 04.12.2019

Pensiya və maaşlar artacaq - BU TARİXDƏN

12:55 / 04.12.2019

Azərbaycan Prezidenti “Bakutel-2019” sərgisi ilə tanış olub

12:40 / 04.12.2019

İlham Əliyev yeni rektor təyin etdi

17:59 / 03.12.2019

Prezident Elşad Mirbəşir oğluna vəzifə verdi

17:04 / 03.12.2019

İdman Kompleksinin tikintisinə 7,5 milyon manat ayrıldı

17:02 / 03.12.2019

Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)

14:43 / 03.12.2019

Azərbaycanlı qadın "VTB Bank"ın prezidenti ilə sevgili olub, milyardlar qazandı (FOTO)

12:29 / 03.12.2019

Prezident Administrasiyasında yeni təyinat

11:28 / 03.12.2019

Bakıda bu marşrutda gediş haqqı artdı

10:53 / 03.12.2019

SOCAR-a yeni vitse-prezident təyin edildi 

10:07 / 03.12.2019

Vilayət Eyvazovdan yeni təyinat

09:31 / 03.12.2019

Dilarə Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi  

13:19 / 02.12.2019
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə
Şənbə, 07 Dekabr 2019
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

İsa Qəmbər: “Biz belə birini görsək, onu kənarlaşdıracağıq”

10:25 21.09.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

"Gənclərin reaksiyasından anladım ki, bu yetərli deyil. Oxuduğumuz hadisələrin baş verməsinin səbəblərindən biri də özünü kişi adlandıranların belə hadisələrə tələb olunan reaksiya verməməyi, "ailə daxili məsələdir” deyib keçməyidir. Buna son qoymaq lazımdır. Bu cür hadisələrin şahidi olanda və ya bu barədə eşidəndə birmənalı münasibət göstərmək lazımdır. Susmaq, təmkin nümayiş etdirmək zorun tərəfində olmaq deməkdir. Mən heç zaman zorun tərəfində olmamışam və olmaq niyyətində də deyilən”.

MilliYol.Az xəbər verir ki, bu fikirləri Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Musavat Partiyasının sabiq başqanı İsa Qəmbər özünün facebook səhifəsində son günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailəsində yaşanan məlum problemlərə münasibət bildirərkən qeyd edib.

F.Qəhrəmanlının şiddətə məruz qalmış ailəsinə həmrəylik nümayiş etdirən İsa Qəmbər statusuna bu fikirlərlə başlayıb: "Dünən oxuduğumuz dəhşətli hadisədən xəbər tutanda 2018-ci ilin 2 dekabrında gənclərin dəvəti ilə iştirak etdiyim bir tədbiri xatırladım. "Dünya Uşaqların Gözü ilə" adlı bu tədbirdə təşkilatçıların qeyd etdiyi kimi "yüzlərlə istedadlı uşaqların arasından seçilmiş 9-15 yaşlı natiqlərin öz maraq sahələrinə uyğun düşüncələrini və təkliflərini" dinlədik. Paylaşdığım fotonu həmin tədbirdə çəkmişdim. Şəkildə ən sağdakı uca boylu məktəbli qız Sanay Yagmurdur. Yüzlərlə istedadlı uşaqların arasından seçilmişlərdən biri olan Sanay ilk natiqlərdən biri oldu və burada da fərqləndi. Onun "öz maraq sahəsinə uyğun" mövzusu ... uşaq və qadın hüquqları və ailədaxili şiddətlə bağlı idi!”.

İsa Qəmbər Sanayın ifa etdiyi obrazın öhdəsindən mükəmməl gəlməsini məhz ailədə yaşadığı "problemlər”dən qaynaqlandığını yazır: "Sanay çox parlaq və yaşına görə çox yetkin bir çıxış etdi. Tədbirdən sonra Zümrüd xanımı təbrik etdim, qürur duyulası bir övlad yetişdirdiyini bildirdim. Amma o zaman bilmirdim və düşünmədim ki, Sanay həm də başlarına gələnlərdən təsirlənib bu mövzunu seçib. Heyif ki, tədbirin videosu yoxdur. Yeri gəlmişkən, həmin gün digər uşaqlar da çox fərqli və maraqlı çıxışlar etmişdilər”.

Mərkəz rəhbəri hesab edir ki, həyati təhlükə olmadan heç bir insanın başqa insana zorakılıq etməyə haqqı yoxdur. "Zəifə qarşı zor ikiqat cinayətdir.
Bu qorxinc hadisəyə gənclərin reaksiyası, cəmiyyətin nümayiş etdirdiyi içtimai qınaq məni əsasən qane etdiyi üçün münasibət bildirməyə tələsmədim. Açığı söhbətin partiyalar arası savaş kimi görünəcəyinin də həm partiyalara, həm də bu mühüm mövzuya ziyanlı olacağından ehtiyatlanırdım. Lakin bu ictimai diskussiya zamanı bəzilərinin mövzuya tamamilə yanlış mövqeləri, ailəiçi şiddətə normal, sıradan bir hal kimi yanaşmaları, bəzilərinin isə partiya "maraqlarından" çıxış etmələri məni də münasibət bildirmək zərurətinə inandırdı”.

Sabiq Musavat başqanı fikrini belə davam etdirib: "Əvvəlcə Hüseyn Cavidin şeiri ilə münasibət bildirmək istədim. Çünki H.Cavid bu məsələyə fəlsəfi-konseptual mövqe bildirib və nəinki zorakılığa qarşı çıxıb, həm də bəyan edib ki, bəşəriyyətin xilası və inkişafı qadın azadlığına bağlıdır. Bu müsavatçılığın mahiyyətinə də uyğun yanaşmadır. Lakin gənclərin reaksiyasından anladım ki, bu yetərli deyil. Oxuduğumuz hadisələrin baş verməsinin səbəblərindən biri də özünü kişi adlandıranların belə hadisələrə tələb olunan reaksiya verməməyi, "ailə daxili məsələdir” deyib keçməyidir. Buna son qoymaq lazımdır. Bu cür hadisələrin şahidi olanda və ya bu barədə eşidəndə birmənalı münasibət göstərmək lazımdır. Susmaq, təmkin nümayiş etdirmək zorun tərəfində olmaq deməkdir. Mən heç zaman zorun tərəfində olmamışam və olmaq niyyətində də deyilən”.

Qadına qarşı, uşağa qarşı zorakılığın ailədaxili məsələ olmadığını yazan İsa Qəmbər qeyd edib ki, bu, bizim hamımıza toxunan məsələdir: "Buna susmaq isə yolverilməzdir. Cəmiyyətdən, ailənin reaksiyasından qorxmayıb səsini qaldıran hər bir qadın isə cəsarət nümayiş etdirir. Bizə bu cəsarətdən daha çox lazımdır. Zorakılığa qarşı səsinizi qaldırmaqdan çəkinməyin. Onu da etiraf edim ki, bu qeydlərimi yazarkən Fuad Qəhrəmanlının istefa xəbərinin yayılması fikrimi paylaşmağı asanlaşdırdı.

Bu bir hadisəyə, bir adama, bir quruma aid yazı deyil. Mən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi bəyan edirəm ki, MSDM-də ailəiçi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşan kimsə varsa, özü bizdən kənarlaşsın. Biz belə birini görsək, onu kənarlaşdıracağıq.
Və mənə doğma Müsavat Partiyasından başlamış bütün qurumlara da belə mövqe bildirməyi tövsiyə edirəm. Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!”.


Etiket:

Digər xəbərlər

Elşad Həsənov Milli Məclisdəki köməkçisinə vəzifə verdi

Elşad Həsənov Milli Məclisdəki köməkçisinə vəzifə verdi

06.12.2019
Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

06.12.2019
Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi

Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi

06.12.2019
Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)

Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)

06.12.2019
Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək

Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək

06.12.2019
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Elşad Həsənov Milli Məclisdəki köməkçisinə vəzifə verdi

Elşad Həsənov Milli Məclisdəki köməkçisinə vəzifə verdi

06.12.2019
Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

06.12.2019
Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi

Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi

06.12.2019
Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)

Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)

03.12.2019
Pensiya və maaşlar artacaq - BU TARİXDƏN

Pensiya və maaşlar artacaq - BU TARİXDƏN

04.12.2019
Prezident Elşad Mirbəşir oğluna vəzifə verdi

Prezident Elşad Mirbəşir oğluna vəzifə verdi

03.12.2019
Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)

Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)

03.12.2019
Kərəm Həsənovun yeni xəyalı... – Vəzifəsiz qalan komitə sədri haradadır?

Kərəm Həsənovun yeni xəyalı... – Vəzifəsiz qalan komitə sədri haradadır?

26.11.2019
Pensiya və maaşlar artacaq - BU TARİXDƏN

Pensiya və maaşlar artacaq - BU TARİXDƏN

04.12.2019
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az