"Neftçi" - "Qarabağ" oyununda qalmaqal yaranıb. MilliYol.Az xəbər verir ki, hadisə matçın sonlarında baş verib.
Belə ki, qarşılaşmanın sonlarında azarkeşlər "Çingiz istefa" qışqırmağa başlayıb. 90-cı dəqiqədə Jayro Rodriges topu öz qapısına göndərərək avtoqol müəlifi olub. Bundan sonra bir azarkeş meydana çıxaraq futbolçulara öz etirazını bildirib. Buna əsəbləşən "Neftçi"nin futbolçusu Katalin Tira isə onu şillə-təpiklə vurmağa başlayıb.
Meydana çıxan azarkeşi polislər aparıb. Katalin Tiraya isə Ramil Diniyev qırmızı vərəqə göstərib.
MilliYol.Az
Digər xəbərlər
loading...