İcra Hakimiyyəti sakinlərin şikayətinə baxmır...
Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsinin bir qrup sakini prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. MilliYol-a daxil olan müraciətdə sakinlər 2014-cü ildə küçəmizə su-kanalizasiya sisteminin çəkilməsindən sonra bərpa işləri getmədiyinə görə küçələrinin çox bərbad, keçilməz vəziyyətə düşməsindən şikayətçidirlər.
Müraciətdə qeyd olunur ki, cənab prezident Suraxanı rayonunun kənd və qəsəbə daxili yollarının təmiri və bərpası üçün dəfələrlə vəsait ayırsa da onların yaşadıqları küçədə bərpa işləri aparılmır. Bununla bağlı dəfəflərlə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət olunsa da onların şikayətinə baxılmır.
MilliYol Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi sakinlərinin prezidentə müraciətini olduğu kimi oxucularının diqqətinə cəlb edir:
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya
Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı
qəsəbəsinin 14 iyul küçəsi, 9-cu döngə
sakinləri tərəfindən
Ərizə
Məlumat üçün bildiririk ki, 2014-cü ildə küçəmizə su-kanalizasiya sisteminin çəkilməsindən sonra bərpa işləri getmədiyinə görə küçələrimiz çox bərbad, keçilməz vəziyyətə düşüb. Yağış, qar yağarkən uşaqlarımız məktəbə getməkdə çətinlik çəkirlər. Həmçinin hamımızın son köç yerimiz olan kənd qəbristanlığının qarşısı çox biabırçı vəziyyətdə olur. İnsanlar dünyasını dəyişmiş əzizlərini ziyarət etməkdə çətinlik çəkirlər.
Bu barədə dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciət etməyimizə baxmayaraq heç bir müsbət nəticə əldə etməmişik. Hansı ki, cənab prezident Suraxanı rayonunun kənd və qəsəbə daxili yollarının təmiri və bərpası üçün dəfələrlə vəsait ayırmışdır.
Bununla bərabər sakinlərimiz mənzillərinə telefon çəkilişi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə etməmişlər.
Odur ki, göstərdiyimiz sosial problemlərin həll olunması üçün müvafiq qurumlara göstəriş verməyinizi sizdən xahiş edirik.
İmzalar:
1. Məlikov Fəxrəddin AZE N 16874090
2. Zeynalov Çingiz AZE N 14852695
3. Hüseynov Eldar AZE N 09826632
4. Məmmədov Aslan AZE N 14584553
5. Məmmədova Sevda AZE N 14584492
6. Həsrətova Akifə AZE N 15284292
7. Əkbərov Əfruz AZE N 08190590
8. Paşayeva Humay AZE N 13659774
9. Salmanov İlqar AA N 0215732
10. Həsənov Nəcəf AZE N 13031263
11. Əliyev Zöhrab AZE N 07847112
12. Əliyev Eldəniz
13. Əsgərova Bəyaz AZE N 17201239
14. Məmmədov Elmar AA N 0859809
15. Məmmədova Könül AZE N 14709395
16. Məhərrəmov Babək AZE N 16734303
17. Məhərrəmova Sevinc AA N 0043727
18. Mirzəyeva Nərminə AZE N 13028653
19. Abdullayev Mirnayib AZE N 13250765
20. Zeynalov Taleh AZE N 08662307
Suraxanı rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.az