Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarından narazılıq artıq kütləvi hal alıb. Xüsusi ilə də “Azercell” istifadəçilərinin narazılığı günbəgün artır.
AzToday.az xəbər verir ki, bu dəfə tanınmış jurnalist Əvəz Zeynallı ölkədə fəaliyyət göstərən “Azercell Telekom” MMC-nin soygunçuluq etməkdə ittiham eib:
AZERCELL ADLI DƏLƏDUZ ŞİRKƏTİ MƏHKƏMƏYƏ VERƏK!
Bu gün – Türkiyəyə gəlişimin 14-cü günü fırıldaqçı və dələduz Azercell mənə mesaj göndərib:
Sizin 1 GB rominq internet paketiniz legv olundu. Internetden istifade cari tarifinize uygun hesablanacaq. Yeni paketin sifarishi ucun: 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES, 1 gunluk 100MB paketine qoshulmaq uchun *100*101#YES yigin.
Bir şirkət nə qədər özünü, iş şərəfini itirməlidir ki, adamı lap dolasın. Nə qədər həyasız olmalısan ki, yediyin internetə aydınlıq gətirmədən təzədən həyasızcasına bir də mesaj göndərib insanın əsəbi ilə oynayasan. Bu şarlatanları məhkəməyə vermək və bunu kütləvi etmək lazımdır.
Kim məhkəməyə verir fırıldaqçı Azercelli? Mən hazır… Bakıya enən kimi ilk işlərimdən biri bu olacaq…”