Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov aclıq aksiyasına başlayıb.
Bunu musavat.coma-a açıqlamasında A.Çovdorovun vəkili Kamandar Nəsibov deyib. Vəkil bildirib ki, buna səbəb A.Çovdarovun səhhətində yaranan problemlərin müalicəsinə yaradılan süni problemlərdir.
K.Nəsibov deyib ki, oktyabrın 24-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan generalla görüşüblər və bu görüş Akif Çovdarovun istəyi ilə bağlı olub: "Bizə zəng elədi ki, təcili görüşə gedək. Bizimlə danışanda bildirdi ki, şənbə və bazar günləri səhhəti ağırlaşıb. Dərman və müayinə tələb edilsə də, təmin etməyiblər. A.Çovdarov deyib ki, icazə verin, vəkilimə və ailəmə zəng edim. Ancaq deyiblər ki, sənin zəng günün birinci gündür. Biz də birinci gün görüşə getdik. Müalicəsinə şərait yaradılmamasından narazıdır. Dedi ki, passiv hərəkətlərlə onun ölümünə nail olmaq istəyirlər".
Akif Çovdarov aclıq aksiyasına başlaması ilə bağlı məktubunu vəkillərinə təqdim edib. Saxlanıldığı gündən bu vaxta qədər bir dəfə də olsun, təmiz havaya çıxarılmadığını qeyd edən Akif Çovdarov səhhətində olan problemlərin müayinəsinə heç bir köməklik edilmədiyini yazıb. O, qeyd edib ki, bunlara etiraz olaraq, həyatının təhlükədə olduğunu düşünərək, aclıq aksiyasına başlayıb.
"Aclığı 25 oktyabr, səhər saat 09:00-dan elan edirəm" - deyə məktubun sonunda qeyd edilir və həbsdəki generalın imzası ilə təsdiq olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...