Malayziyanın keçmiş kralı V Məhəmmədlə evlənən rusiyalı model Oksana Voevodina sosial şəbəkədə paylaşdığı mətnlə gündəmə gəlib.
MilliYol.Az xəbər verir ki, Voevodina "Instagram"da V Məhəmmədlə fotosunu və müzakirələrə səbəb olan mətn paylaşıb:
"İnsanlar nə olduğunu bilir. Daha əvvəl baş verənləri danışmağa hazır deyildim. Bəlkə həqiqətləri desəm, daha yaxşı hiss edəcəm. Heç kimi incitmək istəmirəm. Ağrılı olacaq".
Qeyd edək ki, "Miss Moskva-2015"in qalibi olan Voevodina Malayziya Kralı V Məhəmmədlə ötən il ailə həyatı qurub. V Məhəmməd bundan sonra taxtdan imtina edib. Cütlük bir müddət əvvəl Oksananın hovuzda çəkilən görüntüləri yayımlanandan sonra boşanıb. Keçmiş kralın vəkili "Uşağın bioloji atasının kimliyi hələ dəqiq deyil" açıqlaması isə şaiyələrin yayılmasına səbəb olub.