Taleh Ziyadov kabinetində quraşdırdığı cakkuziyə nə qədər dövlət vəsaiti sərf edib?
İkinci rübdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov özünə 45 min manat ezamiyyət xərci yazdıraraq Limanın vəsaiti hesabına Avropa kurortlarında ailəsi ilə birlikdə istirahət edib
Dünən çox dəyərli oxucularımızın diqqətinə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun böyük korrupsiyası - Sənədlərdə” adlı yazı təqdim etmişdik. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun və onun özüylə Limana gətirdiyi şəxsləri korrupsiya əməllərini və özbaşınalıqlarını ifşa edən həmin yazıda Taleh Ziyadovun korrupsiya əməllərini təsdiq edən və Taleh Ziyadovun özü tərəfindən imzalanaraq möhürlənən xərclər sənədini ictimaiyytin diqqətinə cəlb etmişdik.
Öncəliklə qeyd edək ki, yazı dərc olunduqdan sonra istər açıq şəkildə istismara məruz qalan liman çalışanları, istərsə də, ictiamiyyt arasında geniş rezonans doğurub. Limandakı mənbəmizdən əldə etdiymiz məlumata görə yazı dərc olunduqdan sonra Taleh Ziyadovun adamları sözün həqiqi mənasında Limanda işçilərə qarşı terror əsdiriblər. Mənbə bildirir ki, dünən nahardan sonra Audit Xidmətinin rəhbəri, əvvəllər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mühüm işlər üzrə müstəntiq işləyən Məftun Abbasov və Həmkarlar İttifaqının sədri Amid Əliyev bütün otaqları gəzərək işçiləri təhdid edib. Onlar redaksiymıza daxil olan sənədlərin kim tərəfindən ötürüldüyünü soruşub və hər kəsi təhdid edərək bildiriblər ki, həmin şəxsi tapıb cəzalandıracaqlar. Məftun Abbasov hətta mənbəni taparaq həbs etdirəcəyini bildirib. Qeyd edək ki, hər iki şəxsin özbaşınalıqları və cinayət xarakterli əməlləri ilə bağlı növbəti günlərdə sensasion yazılarla çıxış edəcəyik.
Axşam saatlarında isə baş direktor Taleh Ziyadov bütün xidmət rəhbərlərini otağa toplayaraq onlardan mənbənin tapılmasını əsəbi bir şəkildə tələb edib. Əks təqdirdə baş direktor köhnədən qalan bütün xidmət rəhbərlərini ağır şəkildə cəzalandıracağını dilə gətirib.
Taleh Ziyadovun nəzərinə çatdırmaq istəyirik ki, ANAXEBER.az saytının redaksiyasına bir deyil, çoxlu sayda sənədlər daxil olub və zamanla dərc edəcəyimiz bu sənədlərdə onun korrupsiya əməlləri açıq bir şəkildə görünməkdədir. Və bu korrupsiya əməllərini cənab Ziaydov öz imzası və öz möhürü ilə təsdiq edib. Yəni Taleh Ziyadovun bu ittihamlardan qaçmağa və yayınmağa heç bir yeri yoxdur.
İndii isə keçək dünən dəyərli oxucularmızın diqqətinə cəlb etdiyimiz sənədin davamının araşdırılmasına. Qeyd edək ki, dünən əlimizdə olan sənədlərin bəzilərini peşəkar mühasibə göstərdik və ondan bir mütəxəssis kimi bu sənədləri şərh etməsini xahiş etdik. Dünən dərc etdiyimiz sənədələ bağlı peşəkar maliyyəçi ilk baxışdan bildirdi ki, bu sənəd xüsusi tapşırığıa əsasən hazırlanıb və burda mühasibat hesablamaları düzgün tətbiq olunmayıb. Bu xərclərin yuvarlaq olmasından da açıq-aşkar görünür.
Misal üçün sənəddə ezamiyyə xərcləri 1500 manat göstərilir. Bizimlə danışan peşəkar maliyyəçi bildirdi ki, bu gülməli rəqəmdir və bunu hazırlayan mühasib bu yuvarlaq rəqəmi necə ortaya çıxarıb, bu maraqlıdır. Görünür ki, mühasib birbaşa ona sifarişlə verilən rəqəmlərlə rüblük büdcə cədvəli hazırlayıb. Məsələ ilə bağlı mənbənin fikrini öyrəndikdə isə, mənbə bildirdi ki, ordakı rəqəmləri çoxusu saxtadır və Taleh Ziyadovun şəxsi kefinə görə hazırlanmış xərclər cədvəlidir. Mənbə onu da qeyd elədi ki, əgər 2016-cı illin II rübündə təkcə Taleh Ziaydovun ezamiyyət xərcləri 45 min manat təşkil edib və ezamiyyət adına Taleh Ziyadov xaricdə, turistik məkanlarda ailəsi ilə birlikdə istirahət edib. Yəni Taleh Ziyadov Limanın vəsaitini özünə ezamiyyət olaraq yazdırıb və bu vəsaitlə ailəsi ilə Avropa kurortlarında istirahət edib.
Bundan başqa təqdim etdiymiz sənədin 4.5 bəndində göstərilir ki, təmizlik xidməti üçün güya 159 000 manat vəsait ayrılıb. Mənbə bildirir ki, limanda 15 xadimə çalışır və 200 manatdan bir qədər artıq maaş alan bu xadimələrin rüblük maaşı heç min manat eləmir. Rüblük alınan təmizlik avadanlıqları isə 100 manatdan artıq olmur. Amma təmizlik xidmətinə ayrılan vəsaitdən belə görünür ki, hər gün limanda təmizlik işlərinə 1700 manatdan arıtq vəsait sərf olunub. Bu isə absurdddur.
Həmçinin cədvəlin 4.6. bəndində göstərilir ki, İT xidmətinə 60 000 manat sərf olunub. Mənbə isə bildirir ki, Limanda cəmi 3 nəfər İT işçisi çalışır. Müqayisə üçün mənbə bildirir ki, Bakı limanında 20-30 dəfə böyük həcmli beynəlxalq limanlarda İT xidmətlərinə bu qədər vəsait ayrılmır. Misal üçün ötən il Sinqapur limanı İT xidmətinə 28 min dollar sərf edib. Antwerpen Limanı isə 2015 ci il ildə İT xidməti üçün 47000 avro xərcləyib. Dünyanın ən məşhur və böyük dimanlarından biri olan Rotterdam Limanı isə 2016-ci ilin 6 ayı üçün 54000 avro İT xidmətinin fəaliyyətinə yönləndirib. Amma Okeana birbaşa çıxışı olmayn və məhdud fəaliyyətli Bakı Beynəlxalq Dəniz Ticarət Limanınında təkcə bir rübdə 60 000 manat vəsait sərf olunub. Yəni illik 240 min manat. Mənbə bildirir ki, bu birbaşa TALANçılıqdır və həmin vəsaitin heç 10 faizi də İT xidmətinə sərf olunmayıb. Yəni vəsait sadəcə mənimsənilib.
Mənbə bildirir ki, belə mənimsəmə halları təqdim olunan xərclər cədvəlində çoxdur və Taleh Ziyadovun korrupsyası tək bununla bitmir.
Növbəti yazılarımızda oxuycaqsınız:
Taleh Ziyadov kabinetində quraşdırdığı cakkuziyə nə qədər dövlət vəsaiti sərf edib;
FETO imamlarından olan İlham Mehrəliyev niyə Taleh Ziyadov tərəfindən Limandan uzaqlaşdırılıb;
Məftun Abbasov Limana gəldikdən sonra Taleh Ziyadov ona neçə minlik avtomobil bağışlayıb;
Limanda Taleh Ziyadovun “cəlladı” kimi tanınan, Limanın Həmkarlar İttifaqının sədri Amid Əliyev hansı işlərlə məşğul olur;
Məftun Abbasovun FETÖ ilişkiləri hara qədər uzanır;
Əvvələr Mərkəzi Bankda xidmət rəisinin müavini vəzifəsində çalışan Söhrab İsmayılov Dimanda hansı işlərlə məşğuldur və o, Fətulla Gülən tərəfindən Limana niyə “ezam” olunub?..
MilliYol.az
Digər xəbərlər
loading...