Azərbaycanlı biznesmen Telman İsmayılovun İsveçrədəki bank hesablarına həbs qoyulub.
MilliYol.Az xəbər verir ki, bu barədə VTB banka məxsus Moskva Bankı məlumat verib. Sürix məhkəməsinin qərarı "AST Telman" kimi tanınan iş adamının böyük miqdarda borcunu ödəmək məqsədi ilə əlaqələndirilir. İddiaya görə, İsveçrə hesablarındakı məbləğ Rusiyada fırıldaqçılıqla əldə edilən çirkli pulların yuyulması üçün istifadə edilib.
Qeyd edək ki, Telman İsmayılov hazırda ailəsi ilə Monteneqroda yaşayır. O, iki nəfərin qətlinə görə 2017-ci ildə "Interpol" xətti ilə axtarışa verilib. Biznesmenə qarşı adam qaçırma, saxtakarlıq və digər cinayətlər ittihamı irəli sürülür.
Digər xəbərlər
loading...