Söhbət Osmandan, yəni özünə elə onun qoyduğu soyadla desək, Gündüzdən gedir
Adam bu gün sosial mediada gündəlik həyatda olduğu qədər “aktiv”dir. Bəli aktivlərdəndir. Dünən öz facebook səhifəsindəermənilərə yaranmaq üçün əldən-ayaqdan gedən pul və vəzifə hərisinin həyat fəaliyyətinə bi nəzər salacağıq.
İstənilən şəraitdə və situasiyada şəxsi maraqlarının təmin olunması üçün bütün variantları məqbul sayan tiplərlə az qala hər addımda rastlaşırıq. Fərq etmir, nə baş verirsə-versin, onların yeganə məqsədi vəziyyəti “düzgün” qiymətləndirərək, əldə edəcəkləri dividendləri artırmaqdır. Eyni zamanda, gerçək niyyətlərini ustalıqla gizlətməyi bacaran o adamların həm dövlət, həm də cəmiyyət üçün nə qədər təhlükəli olduqlarını izah etməyə ehtiyac yoxdur. Onların arasında vaxtilə özlərinə “ictimai obraz” yaratmağa nail olanların varlığını nəzərə alsaq, belələrinin təhlükəlilik dərəcəsinin daha da artdığını görərik.
Bu sırada adı xüsusi çəkiləcək fiqurlardan biri də özünü Azərbaycanda informasiya texnologiyaları seqmentində “1 nömrə” olaraq görən və təqdim edən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzdür. Bəli, söhbət Azərbaycan ictimaiyyətinin ötən əsrin 90-cı illərinin əvvəllərində Osman Qunduzov kimi tanıdığı, o dövrün xaotik proseslərinin dalğasında Balakən rayonunun icra başçısı postuna qədər yüksələ bilmiş şəxsdən gedir. 1992-ci il, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən o vaxtki Ali Sovetin sədri İsa Qəmbərovun fərmanı ilə Osman Mehdi oğlu Qunduzov Balakən rayonu İcra hakimiyyətinin başçısıvəzifəsinə qoyulmuşdu.
1993-cü il məlum iyun hadisələrindən sonra vəzifəsindən biabırçılıqla qovulan Qunduzov növbəti dönəmdə soyadını və fəaliyyət sahəsini dəyişərək, şansını başqa müstəvidə yoxlamağa qərar verdi.
Azərbaycanda internetin yeni təşəkkül tapdığı dövrdə həmin platformada “meydan”ın boşluğundan ustalıqla yararlanan Qunduzov bu sferada təşəbbüsü ələ almaq üçün olan-olmayan bütün bacarığını işə saldı. Uğursuz siyasətçi informasiya texnologiyaları üzrə “ekspert” statusuna sahiblənsə də, adı bu sahədəki müsbət təşəbbüslərdə deyil, daha çox Rabitə Nazirliyi (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) ilə çəkişmələrdə hallandı.
Lakin son onillikdə Azərbaycanın informasiya texnologiyaları sahəsində ciddi irəliləyişlərə nail olması, o cümlədən yeni və bacarıqlı mütəxəssislərin yetişərək, önə çıxmaları Qunduzova yönəlik “tələbat”ı demək olar ki, tamamilə aradan qaldırıb. Bu səbəbdən, onun bir zamanlar bəzilərinə alternativsiz görünən “dəyərli” fikirləri bölüşməsinə heç bir ehtiyac qalmayıb.Belə olduqda, Qunduzov özünü gündəmdə saxlamaq və “aktuallığını” itirmədiyini göstərmək üçün başqa vasitələrə əl atır. Həmin vasitələrin dövlətin milli maraqlarına zidd olması isə onu qətiyyən maraqlandırmır - əsas şəxsi mənafeyinin təmin olunmasıdır.
Ona görə də, Qunduzov “ictimai əhəmiyyət”ini itirmədiyini nümayiş etdirməkdən ötrü düşmən Ermənistanın ev sahibliyi edəcəyi tədbirin “piar-meenecer”liyini belə üzərinə götürməkdən çəkinmir. Konkret desək, Qunduzov özünün “Facebook” səhifəsində bu il oktyabrın 6-9-da Ermənistanda keçiriləcək Ümumdünya İnformasiya Texnologiyaları konqresi (WICT 2019) haqda entuziazm dolu status paylaşıb.
Paylaşımdan bir sitat: “Güman ki, onlar bu cür genişmasşatblı tədbirdən yetərincə bəhrələnməyə, İT şirkətləri isə yeni imkanlar, yeni MALİYYƏ mənbələri və resurslar əldə etməyə çalışacaqlar”.... Osman Qunduzovun bütün xislətinin mahiyyəti elə bu statusda yazdığı kimi MALİYYƏ kəlməsinə,pula-paraya xidmət etməkdir. Adam çəkinmədən Azərbaycan xalqının yeganə düşməni olan ermənini reklam etməkdə belə çəkinmir.Çünki o bilir ki, bu gün dünya miqyasında sosial media daha çox xəbər mənbəyidir və bu STATUSU ermənilərin əlinə keçə bilər.Güman ki, ermənilərə indiki ərəfədə daha çox lazım olan xəyanətkar adam olmaq və MALİYYƏ MƏNBƏLƏRİNİ ARTIRMAQ, Osmanın yeni planlarındandır.
O, bu tədbirin Ermənistana qazandıracağı fayda haqqında elə şövqlə yazıb ki, sanki işğalçı ölkədən yox, Azərbaycana dost bir dövlətdən bəhs edir. Əlbəttə, Qunduzovun bu gedişinin arxasında dayanan məqsəd aydındır: Özünü təklif etmək və qazanmaq, yəni Azərbaycan tərəfindən qazana bilmədiyini.... Niyə Azərbaycan tərəfi, sual ola bilər Osman Gündüz və ya Qunduzov Azərbaycan vətəndaşı deyilmi?! Təəssüf ki, belədir. Ancaq Osman Gündüzün erməni sevgisi öz həmvətənimiz haqqında əksini düşünməyə vadar edir. Ən azından adamın Leyla Yunus gedişi
Əgər belə deyilsə, yaxşı öz trayektoriyasında seçilən olduğunu sübut etmək üçün bütün dünyaya açıq olan sosial mediada erməni heyranlığını göstərməkmi lazımdır?! Görünür, Qunduzovun içindəki erməni rəğbətini gizlətməsi onun imkanı xaricindədir. Hətta özünü təklif edərkən də...
MilliYol.az