Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
Bu barədə MilliYol.Az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.
Fotolar
Digər xəbərlər
loading...