Müğənni Rahidə Baxışovanın ailəsində ağır itki baş verib. Sənətçinin qardaşı dünyasını dəyişib.
Bu haqda aparıcı Lalə Əlimuxtarova xəbər yayıb: “Rahidə cavan qardaşını itirdi. Allah heç kimə ağır itki nəsib etməsin. Ağ ciyərində problem var idi, yataq xəstəsi olmuşdu. Ayın 25-də 3 mərasimidir. Gəlmək istəyən mənimlə əlaqə saxlasın”.
Rahidə Baxışın qardaşının vəfatı ilə bağlı bəzi məqamlar bəlli olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 1981-ci ildə anadan olmuş Baxışov Ramin Ramiz oğlu xeyli vaxt imiş ki, vərəm xəstəliyindən əziyyət çəkirmiş. Bir müddətdir Bakıda ixtisaslaşmış xəstəxanada müalicə olunan Raminin vəziyyəti ağırlaşdığından və yaşamaq şansı qalmadığından bir neçə gün əvvəl həkimlər onun evə aparılmasını istəyiblər.
Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsindəki evə gətirilən 35 yaşlı Ramin Baxışov dünən vəfat edib.(axşam.az)
MilliYol.Az
Digər xəbərlər
loading...