Yaşını azaldan Beyləqan Maliyyə idarəsinin müdiri İslam Allahverdiyevin işdən çıxarılacağı deyilir...
Ötən həftə Maliyyə naziri Samir Şərifovun Beyləqandakı kadrı İslam Allahverdiyevin vəzifədə qalmaq üçün yaşını 2 yaş kişiltməsi ilə bağlı məlumat vermişdik. Həmin məlunatda qeyd etmişdik ki, köhnə şəxsiyyət vəsiqəsində təvəllüdü 02.02.1955 ci il olan İ.Allahverdiyevin hazırkı vəsiqəsində 02.02 1957 ci il qeyd edilib.
MilliYol.az-a daxil olan məlumata görə yaşını azaldan maliyyə idarəsinin müdiri Beyləqan icra başçısı Asif Ağayevin qara siyahısına düşüb. Məhz buna görədə İslam Allahverdiyevin Maliyyə idsrəsi müdiri vəzifəsində çox işləyə biləcəyi sual altına düşüb. İdarə müdirinin icra başçının qara siyasına düşməsinə səbəb isə son aylar Asif Ağayevlə çox yaxın olan mal-qara bazarının müdiri Qəhrəman Qəhrəmanovun olduğu deyilir.
Mənbəmizin iddiasına görə Beyləqandakı tikinti işlərini həyata keçirtməyə başlayan Qəhrəman Qəhrəmanov Asif Ağayevlə o qədər yaxınlaşəb ki, artıq rayonda bəzi məmurların başçı ilə vasitəçiliyini də o həyata keçirir. Qeyd edilir ki, hazırda Asif Ağayev Qəhrəman Qəhrəmanovun evində yaşayır.
Məlumata görə İslam Allahverdiyev icra başçısına həftəlik verdiyi hesabatda Qəhrəman Qəhrəmanovun gördüyü işlərlə bağlı mənfi məlumatlar verib. Asif Ağayevdə həmin məlumatları yoxlayandan sonra məlum olub ki, maliyyə idarəsinin müdiri onunla Qəhrəmanovun arasını vurmaq istəyir. Məhz bundan sonra icra başçısı İslam Allahverdiyevi qara siyahıya salaraq onunla vidalaşmaq qərarına gəldiyi deyilir.
MilliYol.az