İranın "Ata Airlines" aviaşirkəti bu gündən etibarən Bakı-Təbriz-Bakı və Bakı-Məşhəd-Bakı reyslərinin icrasını 10 gün dayandırıb.
"Ata Airlines"dan "Report"a bildirilib ki, bu gün aviaşirkətin saat 14:15-ə Bakı-Təbriz (I3 5417 nömrəli) və 14:45-ə olan Bakı-Məşhəd (I3 5434 nömrəli) reyslərinin təxirə salınmasına səbəb texniki problemlərdir: "Bakıdan saat 14:15-də uçan təyyarə Təbrizə 15:25-də, 14:45-də Məşhədə yola düşən təyyarə isə saat 16:30-da enməli idi. Hazırda şirkətin daxilində texniki problemlər (pasportların qeydiyyata alınması üçün xüsusi proqramda) olduğuna görə bu gündən etibarən Bakı-Təbriz-Bakı və Bakı-Məşhəd-Bakı reysləri 10 günlük təxirə salınıb. Təxirə salınan reyslərə bilet alan sərnişinlərin pulları tam şəkildə geri qaytarılıb".
"Bakı-Tehran-Bakı istiqamətində isə heç bir problem yoxdur, uçuşlarımız köhnə qaydada davam edir", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, aviaşirkət hər üç marşrut üzrə uçuşları həftədə iki dəfə (I və IV günlər) "Airbus A320" təyyarələri ilə reallaşdırır. Tehran və Təbriz istiqamətində reyslərə birtərəfli biletin qiyməti 165 manat, ikitərəfli isə 265 manatdan başlayır. Biletin qiymətinə 25 kq baqaj, 5 kq əl yükü və yemək daxildir.
MilliYol.Az
Digər xəbərlər
loading...