Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrailin “Ofek Aerial Photography” şirkəti arasında imzalanmış müqavilənin məbləği məlum olub.
MilliYol.Az "Marja"ya istinadən xəbər verir ki, “Ofek Aerial Photography (1987 ltd.)” MMC Dövlət Komitəsinə Milli Məkan Məlumatları Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin olunması ilə bağlı məsləhətçi xidmətləri göstərəcək.
Müqavilənin məbləği 1 milyon 559 min 999.33 manatdır.
Müqaviləni iyulun 25-də Müqaviləni Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və “Ofek Aerial Photography” şirkətinin icraçı direktoru David Peretz imzalayıblar.
Digər xəbərlər
loading...