Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı” qaliblərinin adını açıqlayıb.
Mədəniyyət Nazirliyindən MilliYol.Az-a verilən məlumata görə, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.
Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.
Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.
Digər xəbərlər
loading...