Bu gün xalq artisti, aktyor-rejissor Ramiz Əzizbəylinin doğum günüdür.
Sənətkar ölkə.az-ın əməkdaşıyla söhbətində çoxsaylı təbriklər aldığını bildirib və hər kəsdən razılığını ifadə edib.
Əzizbəyli bir özəl xəbəri də bölüşüb. Onun sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyeva onun mənzilini təmir etdirir:
"İndi müvəqqəti mənzillə təmin edilmişəm, öz mənzilimizdə təmir gedir. Təmiri Mehriban Əliyeva etdirir. Ona dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, R.Əzizbəyli 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ötən ilin avqust ayının 1-də isə "Şöhrət" ordeni ilə təltif edilib. Sənətkara rejissoru olduğu "Bəxt üzüyü" filmi böyük şöhrət qazandırıb.