2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün 15 may tarixində keçirilmiş test imtahanının nəticələrini açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK‑nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 14497 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13589 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Ən yüksək nəticə göstərən abituriyent III ixtisas qrupu üzrə 675 bal toplayıb.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılıb.
"Milli Yol"
Digər xəbərlər
loading...