Türkiyənin İzmir şəhərində hərbi çevriliş cəhdi ilə bağlı hazırlanan 1300 səhifəlik ittihamnamədə qeyd olunan gizli şahid ifadələri hər kəsi şoka salıb.
15 iyul gecəsi Rəcəb Tayyib Ərdoğanın xüsusi təyinatlı qüvvələr tərəfindən helikopterlə açıq dənizdə gözləyən gəmiyə aparılacağı bildirilib.
Sözügedən sənəddə 13-ü general olmaqla, 267 nəfərin ifadəsi yer alıb.
“Quzğun və Papaq” şifrəli adı açıqlanmayan şahidlər bunları deyib: “Generallar Məhməd Partiköç, Gökhan Şahin Sönməzdaş, Ömər Faruk Harmancık, həmçinin Hərbi Hava Qüvvələrinin fərari komandanı, FETÖ imamı Adil Öksüz və digər hərbçilər bir villada toplantı keçirib. Hərbi çevriliş planı burada hazırlanıb. Adliz Öksüz isə hər detalı incələyib.
Plana görə, Ərdoğan İstanbulda olarsa, xüsusi təyinatlı qüvvələr tərəfindən açıq dənizdə olan gəmiyə aparılacaqdı. Baş nazir Binəli Yıldırım, Daxili İşlər naziri Əfqan Ala, MİT (Milli İstehbarat Təşkilatı) şefi Hakan Fidan, Təhlükəsizlik İdarəsinin rəisi Cəlaləddin Lekesiz, Terrora qarşı Mübarizə İdarənin sədri Turqut Aslan və Kəşfiyyat-Təhlükəsizlik Qurumunun rəhbəri Engin Dinç isə Akıncılar bazasına qaçırılacaqdı. Qiyamçıların bundan sonrakı ilk hədəfi həbsdə olan FETÖ-çuları azad etmək idi”.
Qeyd edək ki, həmin toplantı zamanı çevriliş cəhdinin xalqın müqavimətinə görə uğursuzluqla nəticələnəcəyi barədə səsləndirilən fikirlərə Öksüz: “Bu cür mənfi fikirlərlə şeytanı yaxınımıza buraxmayaq. Bu iş uğurlu olacaq”, - deyə münasibət bildirmişdi. (axar.az)
MilliYol.Az
Digər xəbərlər
loading...