İspaniyanın İbiza adasında azərbaycanlı turist hücuma məruz qalıb.
MilliYol.Az "Daily Mail”ə istinadən xəbər verir ki, 22 yaşlı həmyerlimizin 1 milyon funt-sterlinqlik ( 2,167,600 AZN) saatı oğurlanıb.
Hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib. Həmin vaxt 22 yaşlı gəncin yanında dostu olub.
Həmyerlimiz hadisə ilə bağlı polisə məlumat verib. Hazırda araşdırma gedir.
Qeyd edək ki, oğurlanan saat "Richard Mille” markasına aid "50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, "50-03 McLaren F1” cəmi 40 qramdır.
Digər xəbərlər
loading...