Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dəfn olunub.
MilliYol.Az "Report"a istinadən xəbər verir ki, mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Təhsil naziri Ceyhun Bayramov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun rektoru Elçin Babayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.
Digər xəbərlər
loading...