Birləşmiş Ərəb Əmirliklərində baş verən hadisə geniş rezonans yaradıb.
Dubay şəhərində ailə quran cütlük çox keçmədən boşanıb. Adı açıqlanmayan 34 yaşlı şəxs, 28 yaşlı həyat yoldaşını makyajsız vəziyyətdə görüncə ayrılmağa qərar verib. Xanımın makyajlı görünüşü ilə sadə görünüşü arasında ciddi fərq olduğunu deyən kişi, aldadıldığı üçün məhkəməyə müraciət edib.
Məlum olub ki, cütlük bir neçə gündür ailə qursa da, xanım hətta evdə belə yoldaşının qarşısına makyaj edərək çıxıb. Məsələnin üstü çimərlikdə açılıb. Dənizdə çimərkən makyajı yuyulan qadın, sahilə çıxandan sonra bəzənməyə fürsət tapmayıb. Onu bu vəziyyətdə görən kişi böyük şok yaşayıb. (ATV)
MilliYol.Az
Digər xəbərlər
loading...