"Azərbaycanda insanların sosial problemləri ilə bağlı şikayətləri azalır. Azərbaycan başqa ölkələrlə müqayisədə insan hüquqlarının təmin olunması sahəsində böyük irəliləyişlər əldə edib. Biz bu istiqamətdə bütün problemlərin aradan qaldırılmasına ümid edirik".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.
O bildirib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində vəziyyət yaxşılığa doğru kəskin şəkildə dəyişib: "Bunu məhbusların ailə üzvləri də, vəkilləri də deyirər. Əvvəllər məhbuslara qarşı edilən kobud davranışlar və s. demək olar ki, tam aradan qaldırılıb. Bunu tam səmimiyyətimlə deyirəm. Hətta biz cəzaçəkmə müəssisələrində məhbuslar üçün iş yerlərinin açılmasına çalışdıq və hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində qadın məhbusların işləməsi üçün toxuculuq imkanları yaradılıb. Onlar burada pul qazanırlar və ailələrinə maddi kömək göstərirlər".