Rusiyada Türkiyə biznesinin ən iri nümayəndəsi – "Renessans” holdinqinə hücum olub: vergi orqanları şirkətə qarşı 5,2 milyard rublluq iddia qaldırıblar, həmçinin şirkətin nümayəndəsini – Azərbaycan vətəndaşını tutublar.
Virtualaz.org "Fontanka” nəşrinə istinadən xəbər verir ki, holdinqin sahibi Erman Ilıcak 3,3 milyard dollarlıq varidatla Türkiyənin ən varlı insanlarındandır. Onun Rəcəb Tayyib Ərdoğanla çox yaxın münasibətləri var və bir çox Rusiya-Türkiyə iqtisadi danışıqlarında fəal iştirak edir.
Türkiyəli iş adamı Erman Ilıcak
İyunun 10-da Peterburq şəhəri üzrə Federal vergi xidməti idarəsi bu şəhərdə qeydiyyatdan keçmiş "Renessans Hevi İndastris” (RHİ) MMC-nin apellyasiya şikayətini təmin etməyib. Aprelin ortalarında səyyar yoxlamanın nəticələrinə görə şirkət 5,2 milyard rubl cərimələnib və bundan sonra iş adamları yuxarı instansiyaya müraciət ediblər.
Yoxlamalar 2017-ci ildən başlayaraq aparılıb və yoxlamanın subyekti olan illərdə – 2013-2015-ci illərdə RHİ Rusiyanın neft-kimya müəssisələrinin tikintisində baş podratçı olub.
Türkiyəli iş adamı Erman Ilıcakın Renessans holdingi
Şirkət subpodratçılara obyektlərdəki işlərə görə ödənişlər etdiyi görüntüsünü yaradıb, əslində isə subpodratçılara pulları daha yüksək tariflə köçürərək, tikinti ilə özü məşğul olub – belə daha ucuz başa gəlir. Vergi işçilərinin fikrincə, ödənişə yönəldilən pullar nağdlaşdırılıb. Onlar qismən inşaatçıların qeydiyyata alınmayan maaşlarının ödənilməsinə, yerdə qalan hissə isə xaricə gedib. Bu vəsaitlərin son ünvanı BƏƏ ola bilər.
Mənbə xəbər verir ki, məhkəmənin qəraı ilə bu şirkətin Rusiyadakı nümayəndəsi – Azərbaycan vətəndaşı Ruslan Əsgərov həbs edilib. O, "Renessans” holdinqinə daxil olan bir neçə şirkətin keçmiş baş direktoru kimi tanınır.