Goranboy rayonu, Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
MilliYol.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
"ARB TV"nin məlumatına görə, hadisə Vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 84 yaşlı Məhəmməd Dadaşovun yanmış meyiti aşkar olunub.
Mərhumun oğlu: "Anam bizdə qaldı, atam gedib evdə yatdı. Səsə oyandım, çölə çıxanda, artıq, yanmışdı. Uşaq olmasaydı, özümü atardım içəriyə. Böyük oğlum evə girmək istəyirdi, mən qoymadım".
Alov söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...