Azərbaycanda rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.
MilliYol.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezidenti İlham Əliyevə raport verib. İlham Əliyev Nikolas Maduronu qarşılayıb.
Daha sonra İlham Əliyevin Nikolas Maduro ilə məhdud tərkibdə görüşü olub. Görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Venesuela prezidentlərinini Birgə Bəyanatını İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro imzalayıb.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıb.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...