Misir Mərdanovun “qaranlıq kölgəsində” gərgin əməyi nəticəsində vəzifədə qalmağı bacaran, qələmindən zamanında yüz cür hədyan tökülənlər yenə də köhnə ampulasındadır
Azərbaycan təhsilində baş verən son dəyişikliklər, aparılan islahatlar bir çoxlarının yuxusunu ərşə çəkib. “Ax,necə kef çəkməli əyyam idi” düşüncəsiylə nostalji hisslər yaşayan, yeniliyə,innovasiyalara sipər çəkən “təhsil xadimləri” suları bulandırmaqla, yalan məlumatları cəmiyyətə sırımaqla bəd niyyətlərini reallaşdırmaq istəyirlər.
Vaxtilə təhsil sektorunda at oynadan, bu sahəni bazar ideologiyası ilə idarə edən bir çox sabiqlər itirdikləri mövqeləri, qazanc mənbələri üçün bərk xiffət çəkirlər. Təhsilimizə vurduqları yaraların hələ uzun illər sağalmayacağının fərqində olmayan “sabiqlər ordusu” hər vəchlə bu günkü dəyişiklikləri, islahatları gözdən salmağa, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Hətta Misir Mərdanovun islahatların onun zamanında indikindən daha sürətli,davamlı olduğu,indikilərin onun başlatdığı “islahatları” məhv etdiyi barədə dedikləri də çoxlarına məlumdur.
Təhsil sistemində bazar düşüncəsi ilə işləyən bir çoxları rəhbər mövqelərdən uzaqlaşdırılıb, mövqeləri sarsıdılıb. Amma, hələ də müxtəlif yollarla kreslosunu qorumağı bacaran, əməllərini davam etdirənlər vardır. Həm də bu əməllər heç bir əxlaqa, mənəviyyata sığmır. Su içdiyi qaba tüpürməmək, oturduğu budağı baltalamamaq kimi adi insani dəyərləri belə heçə sanaraq sağa-sola çamur atan, təhsil sistemini ləkələmək üçün hər yola baş vuran belələri ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.
Baxmayaraq ki, həyatda qazandığı demək olar ki,hər şeyi məhz təhsil sisteminə, təhsil işçilərinə,eks təhsil naziri Misir Mərdanova borclu olan Zəminə Əliqızının əməlləri artıq sərhəd tanımır. Məhz M.Mərdanovun çox gərgin əməyi nəticəsində Bakı şəhəri Təhsil İdarəsində vəzifədə qalmağı bacaran bu müxalifətçi, qələmindən zamanında yüz cür hədyan tökülən bu şəxs yenə də köhnə ampulasındadır. Onun hələ də Bakı şəhər Təhsil İdarəsində işdə qalmasında Misir Mərdanovun nə qədər böyük xidmətləri olduğunu bilməyən yoxdur. Ümumiyyətlə onları birləşdirən tellər o qədər qırılmaz və möhkəmdir ki, bunu yalnız təsəvvür etmək deyil, son vaxtlar məhkəmə predmetləri olan ANALİZLƏRLƏ çözmək mümkündür.
Zəminə Əliqızı 90-ların sonlarında müxalifət qəzetlərində iqtidarın Heydər Əliyevin əleyhinə tənqidi, hətta təhqiramiz yazıları ilə tanınıb. Daha sonra “Teleskop”unu başqa istiqamətə yönəldən Zəminə Əliqızının yolu təhsil sisteminə düşüb. M.Mərdanovun hərtərəfli qayğısı ilə mövqelərini möhkəmləndirən bu xanım Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə qədər yüksəlib. İctimaiyyətlə “sıx əlaqələr” qurmaq üzrə mahir olan Zəminə Əliqızı bu illər ərzində çox şeylər qazanıb. Buraya var-dövlət, çoxsaylı mülklər, oğul-uşaq və s.daxildir. Olsun. Amma, yuxarıda dediyimiz yollarla BTİ-də qalmağı bacaran Zəminə Əliqızı burada suları bulandırmaqla, yalan məlumatları yaymaqla məşğuldur.
Hələ ictimaiyyətlə əlaqələr sektorunun müdiri olduğu zamanlarda belə əlaqələri yaratmaq üzrə ixtisaslaşan xanım təhsilin bu günü, yeniliklər,islahatlar ilə barışmaq istəmir. O səbəbdən də BTİ haqqında hər cür hədyanları, böhtanları mediaya ötürməklə, təhsil haqqında mənfi rəy formalaşdırmaqla itirdiyi keçmişini qaytarmaq xülyası ilə yaşayır. Onun bəzi saytlarla “informasiya mübadiləsi” etdiyi barəsində bilməyən tapılmaz. Bir daha xatırladaq ki, məhkəmələrdə təqsirləndirilən sayt rəhbərləri bütün məlumatların ona məhz Z.Əliqızı tərəfindən ötürüldüyünü bildirmişdi.
Saytımıza daxil olan məlumatlara görə, Zəminə Əliqızı yenə də ənənəvi ampulasındadır. BTİ, Təhsil nazirliyi haqqında mediada gedən əsassız,böhtan xarakterli məlumatların böyük əksəriyyətinin məhz onun kabinetindən qaynaqlandığı söylənilir. Bu işdə onun ən yaxın köməkçisi qismində isə BTİ-nin “köhnələr”indən olan Sevinc Rəsulova çıxış edir. Məhz bu ikili mediada Təhsil Nazirliyi və BTİ haqqında kompromatların yayılmasında əsas fiqurlardır.
Əldə etdiyimiz məlumata görə Zəminə Əliqızının dəfələrlə vəzifədən çıxarılmasına təşəbbüs göstərilsə də Misir Mərdanovun bilavasitə müdaxiləsi ilə ən yüksək səviyyədə tapşırmalardan sonra o iş yerini qoruyub saxlaya bilib. Bütün bunların isə ən böyük zərbəsi yenə də təhsilimizə dəyir. Mehriban xanımın təhsilə göstərdiyi böyük diqqətə Zəminə Əliqızının və “komandasının” verdiyi cavab budur. Uğurlara göz yummaq, qarayaxma,böhtan yolu ilə görülən işlərə kölgə salmaq dövlət siyasətinə xəyanətdən başqa bir şey deyil. Zatən bu xəyanətin təməlləri hələ 90-ların sonlarında qoyulmuşdu!
MilliYol.az