Adı daim mətbuatın gündəmindən düşməyən Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyevin işdən çıxarılması ilə bağlı redaksiyamıza məlumat daxil olub
Məlumatda deyilir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin aprelin 19-da Ağcabədi şəhərində vətəndaşlarla keçirtdiyi qəbulda Ağgöl Milli Parkı ilə bağlı da şikayətlər səsləndirilib. Nazirin səfər çərçivəsində Ağgöl Milli Parkına baş çəkdiyi və qoruqdakı işlərlə tanış olduğuda deyilir.
AzFakt.com-a verilən məlumatda qeyd edilir ki, Muxtar Babayev Ağcabədidən Bakıya qayıdan kimi ETSN-dən Ağgöl Milli Parkına yoxlama heyəti gəlib. Nazirliyin Audit və digər şöbələrinin birgə apardığı yoxlama nəticəsində Ağgöl Milli Parkında xeyli sayda nöqsanların üzə çıxarıldığı bildirilir.
Daxil olan digər məlumata görə Ağgöl Milli Parkında aparılan yoxlamanın yekun hesabatı nazir Muxtar Babayevə təqdim edildikdən sonra Loğman Mehdiyevin direktor vəzifəsində qalması sual altına düşəcək.
Bildirək ki, 02.04.19 tarixində AzFakt.com xəbər portalında "Ağgöl Milli Parkında Loğman Mehdiyev Rahim Gəncəliyev özbaşınalığı" başlığı ilə xəbər edilmişdi.
Həmin xəbərdə qeyd etmişdik ki, Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyevlə inspektor Rahim Gəncəliyev qanunsuz balıq biznesi ilə məşğuldurlar. Belə ki, inspektor Rahim Gəncəliyev Ağ Göl Milli Parkında brokonyerlər tərəfindən tutulan balıqları onlardan 2-3 manatdan alaraq, İmişli bazarında özü 10-13 manata satdırır.
Ağgöl Milli Parkı ilə bağlı saytımızda dərc edilən yazıya isə bir müddətdən sonra ETSN-dən münasibət bildirilib. Belə ki, saytımıza nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Ayaz Əliyevin imzası ilə 29.04.2019-cu il tarixli məktubu daxil oub. Direktor müavini Ayaz Əliyev məktubunda qeyd edir ki, "Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev və mühafizə yegeri Gəncəliyev Rahim tərəfindən qanun pozuntularının baş verməsi barədə" dərc edilmiş məlumatınız Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departament tərəfindən araşdırılıb. Araşdırma zaman Ağöl Milli Parkının direktoru Mehdiyev Loğman Mirağa oğlu və milli parkın mühafizə yegəri Gəncəliyev Rahim Mikayıl oğlu izahat verərək məlumatınızda qeyd etdiklərinizin heç bir hüququ əsası olmayan yalnız şər və böhtan xarakter daşıdığını qeyd ediblər.
Ayaz Əliyevin saytımıza göndərdiyi bu dırnaqarası məktuba cavab olaraq bildiririk ki, AzFakt.com xəbər portalında Ağgöl Milli Parkında direktor Loğman Mehdiyevin və mühafizə yegeri Rahim Gəncəliyevin birlikdə balıq biznesi ilə məşğul olmalarını İmişli, Ağcabədi və Beyləqan rayonlarında bu biznelə məşğul olan şəxslərin hamısı yaxşı bilir. Ağgöl Milli Parkının səmtini dəqiq bilməyən Ayaz Əliyevə sözümüz odur ki, bir gün ürəyinə təpər tapıb, əziyyətə qatlanıb milli parka sübh tezdən gizli səfər etsə, o zaman yazdıqlarımızın həqiqət olduğunu əyani olaraq görəcək.
Qarşı tərəfin mövqeyini verməyə etməyə hazırıq.
pia.az