ABŞ-ın Qüdsdəki səfirliyi İsraildəki vətəndaşlarını terror aktları və raket hücumları təhlükəsi ilə əlaqədar diqqətli və ehtiyatlı olmağa çağırıb
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
ABŞ-ın diplomatik missiyasından bildiriblər ki, terror aktları zaman olaraq Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə üst-üstə düşə bilər.
"Terror qruplaşmaları hücum üçün ABŞ-ın Qüdsdə səfirlik açmasının ildönümünü və fələstinlilərin qeyd etdiyi Nakba Gününü (15 may) seçə bilər ki, bu da Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə eyni vaxta düşür", - ABŞ səfirliyinin məlumatında deyilir.
Məlumatda ABŞ vətəndaşlarının diqqətli olmalarının və təhlükəsizlik üçün lazımi addımlar atmalarının və tədbirlər görmələrinin zəruriliyi də vurğulanıb.
MilliYol.az