Azərbaycanlı "qanuni oğru"lar arasında yeni müharibə başlayır.
Lent.az-ın “Rosbalt” agentliyinə istinadən məlumatına görə, “kriminal aləmin generalı” kimi təqdim olunan “Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı digər azərbaycanlı "qanuni oğru"lar birləşir. Birləşməyə Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulinski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski) və Əli Heydərov ( Albert Gəncinski) daxil olub.
Bu qrupun məqsədi “Lotu Quli”nin təkcə Rusiyadakı obyektlərinə sahiblənmək deyil, ümumiyyətlə onun mövqeyini zəiflətməkdir.
“Lotu Quli”yə müxalif olan bu qrupun rəhbərliyində 34 yaşlı Cavid Məmmədov (Dato Ağcabədinski) durur. Gənc olmasına baxmayaraq, Cavid Məmmədov hazırda “Quli”yə meydan oxuyur. Ona kriminal aləmdə böyük nüfuza malik yunan “oğrular” dəstək verirlər.
Mərhum "qanuni oğru" “Rövşən Lənkəranski”nin yaxınları da Nadir Səlifova müxalif olanlara dəstək verirlər.
Yeüni ittifaqın maliyyələşməsinə Rövşən Lənkəranskinin yaxınları kömək edir. Çünki onlar Rövşən Canıyevin qətlə yetirilməsində Nadir Səlilovun əlinin olduğunu güman edirlər.
Rövşən Canıyevin ən yaxın adamları Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski), Ülfət Tağıyev (Rufo Gəncinski) həbsdə olduqları üçün bütün dəstəklərini “Dato”nun rəhbərliyində olan qrupa verirlər. Ona görə “Zaur Naxçıvanski” “Rövşənçilər” tərəfindən bu qrupa daxil edilib.
"Rosbalt" ın mənbələri hesab edir ki, bu münaqişə söz-söhbətlə bitməyəcək, tərəflər daha qətiyyətli hərəkətlərə keçəcəklər.