Dünyanın hara getdiyini 10 il əvvəldən görən marksist filosof: “Qlobal mərkəzlər dünyanın bəzi bölgələrini sistemdən kənara atıb, oraları bir növ “zibil qabı” halına gətirməyəmi çalışır...”
Kayahan Uyqur
“OdaTv” nəşri, Türkiyə
İmperializm qloballaşmadan və bütün dünyanı əhatə edən yeganə bazar yaratmaq mərhələsini kənarda buraxmaq mərhələsinə keçid etdi? Qlobal mərkəzlər dünyanın bəzi bölgələrini sistemdən kənara atıb, oraları bir növ “zibil qabı” halına gətirməyəmi çalışır? Bu, qərbin yeni marksist əhatələrində son bir neçə ildir ən çox müzakirə olunan məsələlərdən biridir.
Rusiyada Qorbaçov, Çində Den Syaopindən sonra dünyada sosialist düşərgə qalmadığından, həmin ölkələrdəki marksizm araşdırmaları da bitdi. Bu məsələ ilə bağlı araşdırmalar elm və mədəniyyətin (istehsal qüvvələrinin) qabaqcıl olduğu Qərbi Avropa və Şimali Amerika ölkələrində cəmləşdi və təbii ki, bu durum marksist nəzəriyyəyə də ziddi deyildi!
Almaniya əsilli tənqidçi marksistlər qrupunun Frankfurt məktəbi (İlkər Başbuğ Paşanın 2011-ci ildəki xidmətləri ilə) Türkiyədə də yayılmışdı. Bu cərəyanın radikal bir cizgidəki davamı hesab olunan beynəlxalq “Krisis” və “Exit2 qruplarının son illərdəki araşdırmaları, xüsusilə də, 2012-də ölən filosof Robert Kurzun “dəyərin tənqidi” nəzəriyyəsi yenidən böyük marağa səbəb olub.
Bu cərəyanın yayım orqanlarından biri olan “Exit" jurnalının 2019 may buraxılışında baş yazı olaraq Tomas Meyerin imzası olan ümumi bir qiymətləndirmə yer alıb. Frankfurt məktəbinin qurucularından olan filosof Horkhaymerin “Kapitalizmdən danışmaq istəməyən faşizm məsələsində də sussun” sözləri ilə başlayan bu yazıda dünya sisteminin mərkəzini yaradan inkişaf etmiş ölkələrdə “sosial problemin” yenidən geri döndüyü və bu durumun gərginləşən siyasi prosseslərin əsas səbəbi kimi göstərilir.
Ucuz ya da bahalı, fərqi yoxdur - insan əməyinə ehtiyac ortadan qalxmağa başlayıb
Jurnal filosof Kurzun imperializmlə bağlı fikirlərinin bir qisminin almancadan fransızcaya çevrilərək “Kənarlaşdırıcı imperializm və fövqəladə hal” adlı bir kitab olaraq nəşr edib. Kurz 2008-ci il dünya maliyyə böhranından dərhal sonra yazdığı məqalələrdə imperializmin hərfi mənası olan “imperatorçuluq”dan "empire", yəni imperatorluq anlayışının yarandığı sğyləyir.
Kurz düşünür ki, ABŞ-ın hərbi büdcəsi tək başına dünyanın hərbi xərclərinin təxminən yarısı qədər olduğu üçün imperialist müharibələr baş verə bilər. Ancaq bu böhranların bitməsi mənasına gəlmir.
Kurzun bu analizində qlobal kapitalizm krizisi bir sistem olaraq 80-ci illərdəki üçüncü (və indiki dördüncü) sənaye inqilabının bir nəticəsi hesab olunur. Filosof hesab edir ki, istehsal standartlarının və gəlirliliyin artması səbəbilə sərmayənin artıq “yaşayan əmək” üzərindən yeni müsbət dəyər yaratması dünya iqtisadiyyatında bir doyma nöqtəsinə çatıb.
Kapitalist mərkəzlər gəlirliliyin get-gedə azalması səbəbindən yeni dəyər yarada bilmək üçün Çin və Hindistan kimi ölkələrə açıldı. Lakin problem ondan ibarətdir ki, texnologiya artıq o qədər inkişaf edib ki, ucuz ya da bahalı olmasından asılı olmayaraq, insan əməyinə duyulan ehtiyac ortadan qalxmağa başlayıb.
Milli dövlətlərin yerini qəbilələr və bir-birilə toqquşan təşkilatlar alır
Bu durum aparıcı ölkələrdə işsizliyə, sərmayənin tez-tez partlayacaq əmtəə balonlarına yönəlməsinə yol açır. İnkişaf etməkdə olan ölkələrdə isə artan böhran özünü sərmayə çatışmazlığı ilə göstərsə də əslində həmin ölkələrdə əməyə ehtiyac qalmadığına görə, həmin bölgələrin sərmayə üçün məqbul olmaması əsas səbəb olaraq ortaya çıxır. Lakin bu prossesləri görə bilməyən hökümət rəhbərləri qlobal sərmayəni ölkələrinə cəlb etmək üçün düşündükləri “islahatlarla” öz dövlətlərini, zənginliklərini, sosial sistemlərini çökdürürlər. Bu proses daxilində milli dövlətlərin yerini qəbilələr, dini qruplar, şəbəkələr və bir-birilə savaşan təşkilatlar alır.
Öz inkişaf etmiş ölkələrində bir az daha çox maliyyə ilə əldə edə biləcəkləri təbii qaynaqlardan başqa ətraf ölkələrə ehtiyacı qalmayan kapitalist mərkəzlər, transmilli şirkətlər hərbi idarə ilə maksimum nəticə alacaqları təhlükəsizlik tədbirləri içində çalışırlar və belə təhlükəsizlik nəzarəti olmayan regionlardan geri çəkilirlər. Bu prosses nəticə olaraq ekologiyanın məhvinə, qaçqınların sürətlə artmasına və yoxsulluq okeanının içində bir neçə utancverici rifah adalarının peyda olmasına yol açacaq.
Filosof Kurzun 10 il əvvəl yazdıqlarının hamısı reallaşmış, 21-ci əsrin barbarlıq dönəminin bütün əlamətləri artıq üzə çıxmışdır. Sanki Cek Londonun “Dəmir daban” əsərində təsvir olunan gələcəyin mənzərəsini indi yaşayırıq.
Kruz inkişaf etmiş ölkələr üçün sosialist yönlü mübarizəni başlamaqda olan barbarlığın bir alternativi kimi ortaya qoyur. İnkişaf edən ölkələrdə hazırda edilməli olan şeylər isə bizim üçün özü-özlüyündə meydana çıxır. Yəni çöküşün qarşısını almaq, inkişaf etməkdə olan ölkədən inkişaf edən ölkəyə çevrilə bilmək üçün təhsili, mədəniyyəti, elmi, sivilizasiyanı, qısacası hər sahədə keyfiyyəti artırmaq üçün barbar ideologiyalardan və macəralardan uzaq durmaq əsas məsələ olaraq ortaya çıxır.
Tərcümə PİA.az-ındır