Rusiyanın Nijniy Novqord Şəhər Məhkəməsində qalmaqallı proses başlayıb. Lent.az-ın məlumatına görə, müttəhimlər kürsüsündə qanuni oğru Dalqat Maqomedov, onun qardaşı Məhəmməd, habelə azərbaycanlı kriminal avtoritetlər Əyyub Abbasov və Vahid Süleymanov oturublar.
Onlar başqa bir azərbaycanlı, “Qoldman Qrup” şirkətinin təsisçisi Elnur Ələsgərovdan hədə-qorxu yoluyla 30 milyon rubl (təxminənə 770 min manat) tələb etməkdə günahkar bilinirlər.
İlk baxışda Rusiya kriminalileti üçün sıradan görünənə ittiham aktı əslində trillerə bənzəyən filmi xatırladır.
Söhbət ondan gedir ki, “Qoldman Qrup”un sahibi Elnur Ələsgərovun özü hazırda federal axtarışdadır. Onun Rusiyanın dərinliklərində, ucqar şəhərlərin birində gizləndiyi ehtimal olnur. 30 milyon rubl isə ondan həbsxanada istənilib. Külli miqdarda dələduzluqda ittiham olunan Elnur Ələsgərov Əyyub Abbasov və Maqomed Maqomedovla eyni təcridxanada və eyni kamerada yatıblar. Məhz təcridxanada Abbasov ona hədə-qorxu gələrək Dalqatın hesabına pul köçürməsini tələb edib.
Abbasov onun əl və ayaqlarını qıracağı ilə hədələyib. Ələsgərov bundan sonra təcridxana rəisinə şikayət edərək təkadamlıq kameraya köçürülüb. Amma burada da onu sakit buraxmayıblar. O, bir neçə dəfə döyülüb, təhqirlərə məruz qalıb. 2014-cü ilin sonlarında məhkəmə Nijni Novqorod şəhərini tərk etməməklə bağlı ondan iltizam alaraq haqqında həbs-qətimkan tədbirini dəyişdirib. Ələsgərov azadlığa çıxandan sonra hansısa yolla soyadını dəyişdirə bilir. Elnur Qoldman kimi qeydiyyata düşür. Bundan sonra “Qoldman Qrup” şirkətini təsis edir.
Amma bu da onu xilas etməyib. Həbsdə olan qanuni oğru Dalqat çölə xəbər göndərərək onu tapmağı tapşırıb. Tezliklə Dalqatın qardaşı və Hafiz adlı başqa bir şəxs onun ünvanını öyrənə bilirlər. Elnuru evinin girəcəyində yaxalayan cütlük Dalqatın mesajını çatdırıb. Bundan sonra qorxuya düşən Elnur 3 milyon rubl pulu Dalqata yaxın şəxslərdən birinin hesabına köçürüb.
Və bu hal bir neçə dəfə təkrarlanıb. Amma bir qədər əvvəl Elnur Ələsgərov yoxa çıxıb. Məlum olub ki, onun rəhbərlik etdiyi “Qoldman Qrup” milyonlarla rubl həcmdə dələduzluqda ittiham edilir. Eləcə də, bir neçə şirkətə milyonlarla borcu var. Bunu Nijni Novqorod Arbitraj Məhkəməsindəki işlər də təsdiq edir. Maraqlısı odur ki, Ələsgərovun borclu olduqları arasında vilayətin Kuzmiyarsk psixonevroloji internatı da var.
MilliYol.Az
Digər xəbərlər
loading...