Bir neçə gün əvvəl Nazirlər Kabineti reklamı qadağan olunan əmtəələrin yeni siyahısını dərc edib.
Bu əmtəələr içərisində süni mayalanma ilə bağlı tibbi xidmətlərin reklamı da qadağan edilib.
Bu tibbi xidmət növü üzrə reklamın qadağan olunması isə ictimaiyyət arasında müzakirələrə səbəb olub. Çoxları belə başa düşür ki, bununla ölkədə süni mayalanma qadağan olunur. Məsələ isə ondan ibarətdir ki, söhbət süni mayalanmanın qadağan olunmasından yox, tibbi xidmətlərin reklam olunmasından gedir.
Ekspert Ərşad Hüseynov sosial şəbəkədə qərarda paradoksal məqamın yer aldığını vurğulayıb. Onun sözlərinə görə, qərarın 6-cı bəndində hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlərin reklamının qadağan olunması anlaşılandır: “Burada məqsəd odur ki, insanlar hələ dünyaya gəlməmiş övladını məhv etməkdən çəkinsinlər, ən azı onlar buna həvəsləndirilməsin. Ancaq 7- ci bənddə yuxarıda qadağan olunan məsələ yer alıb. Belə çıxır ki, təbii yolla övlada qovuşa bilməyənlərin süni mayalanma ilə bağlı müasir tibbi texnologiyadan istifadəyə təşviq edilməsi də məqsədəmüvafiq sayılmır”.
Qeyd edək ki, sözügedə xidmətin qadağan olunmasının səbəbləri barədə məlumat verilməsə də, dünya praktikasında da belə bir qadağanın mövcud olduğu bildirilir.
Bu məqamda uzun illər Azərbaycanda süni mayalanma ilə bağlı tibbi xidmətlərin reklamı ilə məşğul olan Baku Medical Plazanın Süni Mayalanma Mərkəzi ilə əlaqə saxlayıb. Klinikadan bildiriblər ki, belə bir qərardan xəbərsizdirlər və bu haqda onları kimsə məlumatlandırmayıb.(qafqazinfo)
MilliYol.Az
Digər xəbərlər
loading...