Gəncə Şəhər İcra Hakimiyyəti yanında yeni yaradılan Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin bir qrup əməkdaşı Avropa.info-ya şikayət ərizəsi göndərib.
Şikayətçilər 26.04.2019-cu il tarixdə idarənin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etdiyini bildiriblər.
“Əsas problem oder ki, sözügedən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gəncə sərnişindaşımada özünə böyük korrupsiya şəbəkəsi yaradıb. Gecəmizi gündüzümüzə qataraq, şəhər sərnişindaşıma yükünü çiynimizdə biz daşısaq da, hər bir subyekti rəis müavini öz gəlir mənbəyinə cevirib", - kolletiv üzvləri öz müraciətlərində bildiriblər.
“Hikmət Əmiraslanov iclas günü hətta idarədə işləyən xanımlara da hörmətsizlik edərək, sözlə ifadə olunmayan təhqiramiz söyüşlər söyərək, hüquq şöbəsinin müdirinin otağında stol-stulu vurub dağıtdı. Sözügedən məmur bizimlə “burada mənəm, Bağdada kor xəlifə” kimi davranır. Bizim kollektiv rəis müavini Hikmət Əmiraslanova etiraz əlaməti olaraq işə çıxmırıq. Kollektiv bildirir ki, yalnız Gəncənin icra başçısı Niyazi Bayramov bizi bu şəxsdən xilas edə bilər, - deyə şikayətçilər qeyd ediblər.