Mərkəzi Bank uçot dərəcəsini endirib.
MilliYol.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib.
Qərara əsasən, uçot dərəcəsi 9 faizdən 8,75 faizə endirilib. Sədrin sözlərinə görə, qərar Mərkəzi Bankın İdarə Heyətinin iclasında qəbul edilib.
E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% səviyyəsində müəyyən olunub. O əlavə edib ki, bu qərarı qəbul edərkən Mərkəzi Bank həm ölkədə gedən markoiqtisadi prosesləri, həm də əlverişli xarici mühiti nəzərə alıb.
Digər xəbərlər
loading...