Azərbaycan Mərkəzi Bankının qiymət artımı ilə bağlı gözləntiləri sabit qalıb.
MilliYol.Az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, bu göstərici AMB-nin illik inflyasiya hədəfinə uyğundur: “İllik inflyasiya pullu xidmətlərin qiymətinin dinamikasından təsirlənib. Bu ilin sonunda illik inflyasiyanın səviyyəsi 4% təşkil edəcəyi gözlənilir. İllik inflyasiya başlıca olaraq, pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənib. Burada 12 ay ərzində 3,7 faiz səviyyəsində artım olub. Uyğun olaraq illik inflyasiyanın artımının təxminən 50 faizi bu amilin payına düşür. Ərzaq 2,3 faiz, qeyri-ərzaq qiymətlərinin isə 1,3 faiz artım dinamikası ümumi inflyasiya səviyyəsindən aşağıdır".