ƏSMM müdiri olmaq istəyən Kamran Xəlilovun vətəndaşları və dövləti necə soyur?
Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdiri Kamran Xəlilov saxta sənədlərə imza atmaqla oliqarxa məmura çevrilib. Bu barədə "Milli Yol"a rayondakı mənbələrdən məlumat daxil olub.
Bu barədə məlumat verən mənbə bildirir ki, Kamran Xəlilovu bu vəzifəyə əmisi oğlu, Dövlət Gömrük Komitəsinin Aksiz Gömrük Xiidmətinin rəisi, general Ehtiram Xəlilov təyin etdirib. Əmisi oğlunun hökumətdəki nüfuzuna arxalanan Kamran Xəlilov isə müxtəlif yollarla özünə böyük sərvət toplayıb, qısa zamanda oliqarxa çevirilə bilib.
Mənbə qeyd edir ki, Göyçay DSMF-də dövlətin yox, Kamran Xəlilovun müəyyənləşdirdiyi "qaydalar" hökm sürür. Bunun nəticəsi olaraq şöbə müdiri hər ay külli miqdarda gəlir əldə edir.
"Şöbə müdirinin əsas qazanc mənbəyi iş stajlarının artırılması ilə bağlıdır. İş stajını artıraraq daha çox təqaüd almaq istəyənlər mütləq şöbə müdiri ilə razılığa gəlməlidir. Elə vətəndaşlar var ki, təqaüdə vaxtında çıxmırlar. Elələri var ki, təqaüdə 2 il, 5 il gec çıxır. Onlar təqaüdə çıxdıqdan sonra həmin illərin də pensiyasısını almalıdırlar. Kamaran Xəlilovun bu məsələ ilə məşğul olan "makler"ləri bu şəxslərlə əvvəlcədən şərt kəsir. Şərt isə ondan ibarət olur ki, gecikmiş illərəl görə alınan təqaüdün bir hissəsi müdirə çatmalıdır. Bu şərtlə razılaşanlar vəsaitin 60 faiizini Kamran Xəlilova verməli olur. Əvəzində isə sənədləri asanlıqla düzəldilir, bütün problemləri yoluna qoyulur. Şöbə müdirinin şərtini qəbul etməyənlər isə təqaüd yaşlarının olmasına rəğmən müxtəlif maneələrlə üzləşdirilir. get-gələ salınırlar" deyə mənbə bildirir.
Məlumada həmçinin qeyd olunar ki, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əahilinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsindən sonra Kamran Xəlilov rayon ƏSMM-nin müdiri olmaq fikrinə düşüd. Göyçay ƏSMM-nin müdiri vəzifəsini həyata keçirən Aqşin Qafurovun isə yaxın aylarda işindən azad olunacağı iddia edilir. Hətta ƏSMM müdirinin yaxın ətrafının rüşvət videolarının mətbuata ötürülməsində Kamran Xəlilovun da əlinin olduğu bildirilir. İddiaya görə, Kamran Xəlilov Aqşin Qafurovun tezliklə işdən çıxarılmasına çalışır və bunun üçün əlindən gələn hər şeyi edir.
Görünür saxta sənədlərlə dövlətdən milyonlar qazanan Kamran Xəlilov daha böyük idarəyə rəhbər keçməklə daha çox qazanc əldə etmək istəyir.
Kamran Xəlilovun Göyçay DSMF-də etdiyi bir çox qanunsuzluqlarla bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Milli Yol"
Digər xəbərlər
loading...